Yasamalda yeniyetmə süni göldə batıb

18:20 13-06-2021 329

Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşən süni göldə bir yeniyetmə batıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Nəticədə, 2006-cı il təvəllüdlü Novruzov Elşən İmdad oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.