Türkiyədə koronavirusla bağlı son STATİSTİKA

22:20 13-06-2021 339

Türkiyədə son 24 saat ərzində 214 957 nəfərin COVID-19 testi yoxlanıb.

“Haber Global” məlumat verir ki, ölkədə günlük yoluxma sayı 5012 nəfər təşkil edib.

53 nəfər isə koronavirus səbəbindən vəfat edib.

Bununla yanaşı, indiyədək Türkiyədə ölümcül virusdan sağalanların ümumi sayının 5 202 251 nəfərə çatdığı bildirilib. Onlardan 4194 nəfəri son sutka ərzində sağalanlardır.

Hazırda ölkə xəstəxanalarında 952 nəfər ağır COVID xəstəsi müalicə alır.