Yelləncəkdən yıxılan altı yaşlı uşaq reanimasiya yerləşdirildi

03:00 14-06-2021 324

Bakıda altı yaşlı uşaq oynayarkən ağır xəsarət alıb.

“Report”un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.

Rayon ərazisində yerləşən parkların birində 2015-ci il təvəllüdlü N. M oynayarkən yelləncəkdən yıxılıb.

Azyaşlı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Vəziyyəti ağır olduğu üçün o, reanimasiya şöbəsinə yerləşdirilib.