Aya uçuş: NASA raketinin ilk görüntüləri – FOTO

08:20 14-06-2021 283

ABŞ aerokosmik agentliyi NASA astronavtları Aya aparacaq raketin müxtəlif hissələrini bir yerə toplayaraq, ilk dəfə tam şəkildə nümayiş etdirib.

BBC xəbər verir ki, uçuşun 2023-cü ildə baş tutacağı gözlənilir.

Floridadakı Kennedi adına Kosmik Mərkəzdə nümayiş olunan raketin əsas hissəsi 65 metr uzunluğa malikdir. Bundan əlavə, kosmik gəmi dörd ədəd güclü mühərrik, yanacaq çənləri və hər birinin uzunluğu 54 metr olan iki sürətləndirici ilə təchiz olunub.

Raketin ilk uçuşu artıq bu il həyata keçiriləcək. Plana əsasən, əvvəlcə NASA kosmik gəmini “Artemida 1” missiyası çərçivəsində Aya göndərəcək. İlk uçuşda insanlar iştirak etməyəcək. 2023-cü ildə isə artıq astronavtların iştirakı ilə “Artemida 3” missiyası baş tutacaq. Yeni nəsil “Orion” kosmik gəmisi Aya, oradan da Venera planetinə yola düşəcək.

Qeyd edək ki, bu səfərdə iştirak edən astronavtlar 1972-ci ildə “Appalon 17” missiyasından sonra Aya ayaq basan ilk insanlar olacaq.