“Son zəng”in qaydalara uyğun keçirilməsinə məktəb rəhbərliyi cavabdehdir - RƏSMİ

10:40 14-06-2021 362

“44 günlük müharibə və pandemiya şəraiti təhsilimizdə müəyyən fasilə yaratsa da, təhsil naziri Emin Əmrullayevin Nazirlər Kabinetinə müraciəti və operativ qərargahın “Son zəng” keçirilməsinə icazə verməsi bütün məzunları sevindirib”.

HerGun.Az-ın məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbəri Mehriban Vəliyeva bildirib.

Onun sözlərinə görə, “Son zəng” tədbirlərinin mövcud qaydalara uyğun keçirilməsi üçün məktəblərə əvvəlcədən təlimatlar göndərilib.

“BŞTİ-nin bütün əməkdaşları məktəblərə nəzarət etmək üçün təhkim olunublar. Bu tədbirlərin qaydalara uyğun keçirilməsi üçün məktəb rəhbərliyi cavabdehdir. Eyni zamanda, yerli polis orqanları və “Məktəblinin dostu” da tədbirlərə riayət olunmasına dəstəkdirlər”.

İlhamə Əbülfət