Azərbaycan vətəndaşları Türkiyədə nə qədər ev alıb? - FOTO

13:20 14-06-2021 444

2021-ci ilin may ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədə 47 daşınmaz əmlak alışı həyata keçirib.

HerGun.Az-ın Türkiyənin Statistika İdarəsindən əldə etdiyi məlumata əsasən, ötən ay ərzində Türkiyədə ən çox əmlak alışı həyata keçirən ölkələr sırasında Azərbaycan doqquzuncu sırada qərarlaşıb.

May ayı ərzində Azərbaycan vətəndaşları tərəfindən alışı həyata keçirilən daşınmaz əmlakların sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 5 ədəd və ya 11,9 faiz çoxdur. Əvvəlki ayla (2021-ci il aprel) müqayisədə isə 84 ədəd və ya 2,8 dəfə azdır.

2021-ci ilin yanvar-may ayları ərzində Azərbaycan vətəndaşları Türkiyədən 858 daşınmaz əmlak alıb. 2020-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici 1,9 dəfə azalıb.

Qeyd edək ki, 2021-ci ilin may ayında xarici vətəndaşlar tərəfindən ümumi 1 796 daşınmaz əmlakın alışı həyata keçirilib.

Nigar Məmmədova