Bakı metrosunda qatarların hərəkətində problem yaranıb - AÇIQLAMA

14:40 14-06-2021 333

Metronun “28 May” - “Gənclik” stansiyaları istiqamətində qatarların hərəkətində problem yaranıb.

Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov HerGun.Az-a açıqlamasında bildirib ki, elektrik şəbəkəsinə qısamüddətli gərginlik düşüb:

“Həmin vaxt qataların hərəkətində qısa dayanma olub. Heç bir ciddi hal baş verməyib”.

İlhamə Əbülfət