“Bugatti Chiron” ən sürətli avtomobil olmağa iddialıdır - FOTO

19:45 10-08-2019 116

“Bugatti Chiron” modeli dünyanın ən sürətli avtomobili titulunu əldə etmək niyyətindədir. 

HerGun.Az rus KİV-inə istinadən xəbər verir ki, hələlik bu yolda “Bugatti”nin bir sıra problemləri olsa da, şirkət paralel olaraq krossover modeli üzərində də işləyir. Şirkətin rəhbəri Stefan Vinkelman bildirib ki, şirkət “Chiron” kupesinin ən sürətli versiyasını hazırlamaq niyyətindədir.

Vinkelman bildirir ki, 1500 at güclü aqreqa əlavə elektrik mühərrikləri hesabına daha da güclü olacaq. Amma hələlik 500 km/saat sürət üçün nəzərdə tutulmuş şinlər və təkərlər seçilməyib.