Səhiyyə Nazirliyinin rəsmisi: “Ölüm, boğulma hadisələri qeyri-qanuni çimərliklərdə olur”

15:40 16-06-2021 41

“Bu gün Abşeron yarımadasında və Xəzər dənizinin sahilyanı zonasında fəaliyyət göstərən dövlət və özəl sektora məxsus çimərliklərində formalaşan məişət tullantılarının daşınması üçün ikitərəfli müqavilələrin bağlanmasına meyillilik yoxdur”.

HerGun.Az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Sanitar-Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bildirib.

Onun sözlərinə görə, fəaliyyət göstərən çimərliklərin ərazilərində onun qanuni və ya qeyri-qanuni olması ilə bağlı işarələmələr aparılmır:

“Qanuni çimərliklərdə təcili yardımın tibb işçiləri, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və aidiyyəti dövlət orqanlarının əməkdaşları xidmət aparır. Ölüm, boğulma hadisələrinin baş verməməsi qeyri-qanuni çimərliklərdə olur”.

İlhamə Əbülfət