Azərbaycan İrana qaz ixrac edib - FOTO

18:20 16-06-2021 587

Azərbaycan yanvar-may ayları ərzində 9 milyard 174 milyon 562,1 min kubmetr həcmində 1 milyard 335 milyon 749,1 min dollar dəyərində təbii qaz ixracı həyata keçirib.

HerGun.Az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən, ötən illə müqayisədə ixrac həcmi 68 faiz, ixracdan əldə edilən gəlir isə 28,6 faiz artıb.

İlin beş ayı ərzində Türkiyəyə 5 milyard 884,4 milyon kubmetr həcmində (804,7 milyon dollar dəyərində), İtaliyaya 1 milyard 152,7 milyon kubmetr (243,6 milyon dollar dəyərində), Gürcüstana 1 milyard 833,7 milyon kubmetr həcmində (239,3 milyon dollar dəyərində) təbii qaz ixrac edilib.

Eləcə də, Yunanıstana - 127,8 milyon kubmetr (32,8 milyon dollar dəyərində), Bolqarıstana - 92 milyon kubmetr (12,2 milyon dollar dəyərində), İran İslam Respublikasına - 84,1 milyon kubmetr qaz (3,2 milyon dollar) ixrac olunub.

Təkcə may ayında isə Türkiyəyə 738,4 milyon kubmetr, İtaliyaya 418,8 milyon kubmetr, Gürcüstana 95,7 milyon kubmetr qaz ixrac edilib.

Ötən ay ərzində Bolqarıstan və Yunanıstana qaz ixracı baş tutmasa da, il ərzində ilk dəfə Azərbaycan İran İslam Respublikası qaz ixracı həyata keçirib.

Nigar Məmmədova