"Qarabağ"-Apoel oyununu kim idarə edəcək?

21:45 10-08-2019 564

Avqustun 13-də Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq "Qarabağ"-Apoel oyununu idarə edəcək hakimlərin adları bəlli olub.

HerGun.Az xəbər verir ki, Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Qarabağ"ın APOEL-lə oyununu 35 yaşlı almaniyalı FIFA referisi Daniel Sibert idarə edəcək.

Çempionlar Liqası
III təsnifat mərhələsi (cavab oyunu)

13 avqust

20:30 Qarabağ- APOEL | İlk oyun: 2-1
Baş hakim: Daniel Siber
Yan xətt hakimləri: Yan Sedel, Lasse Koslovski
Dördüncü hakim: Martin Petersen (hamısı Almaniya)
Hakim-inspektor: Yorn Vest Larsen (Danimarka)
UEFA Delegate: Velid Imamoviç (Bosniya və Herseqovina)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.