Misirdə toy korteji qəzaya düşdü: 4 ölü, 23 yaralı

23:40 17-06-2021 270

Misirin cənubundakı Əl-Minya şəhərində zəncirvari qəza baş verib.

“Haber Global”ın məlumatına görə, toy kortejinə daxil olan üç minik avtomobili ilə sərnişin avtobusunun toqquşması nəticəsində 4 nəfər ölüb, 23 nəfər isə yaralanıb.

Bildirilib ki, yaralılar arasında vəziyyəti ağır olanlar var. Ölənlərin sayının artacağı istisna edilmir.

Hazırda yerli hüquq-mühafizə orqanları tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.