Bakıda zəncirvari qəza olub, ölən var - FOTO

01:20 18-06-2021 356

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.

Mərdəkan qəsəbəsində 99-LO-632 dövlət nömrə nişanlı “Reno” markalı avtomobil, 99-VX-039 dövlət nömrə nişanlı “Opel” markalı avtomobil, eləcə də “Volkswagen” markalı avtomobillər toqquşub.

Qəza zamanı “Opel”də olan bir nəfər (şəxsiyyət dəqiqləşdirilir -red) ölüb.

Faktla bağlı araşdırma aparılır.