Moskvada koronavirusdan ölüm pik həddə çatdı

04:20 19-06-2021 276

Moskvada sutka ərzində koronavirusa yoluxma pandemiyanın başlanğıcından pik həddə (9 056 nəfər) olub.

Bu barədə Dw.com məlumat yayıb.

Bildirilir ki, Rusiyada gündəlik yoluxma 17 262 nəfər təşkil edib.

Virusdan həyatını itirən 453 nəfərdən 78-i paytaxt Moskvanın payına düşüb.

İyunun 8-dən Rusiyada koronavirusa yoluxmada artım müşahidə olunur.