Cəlilabadda toyda dava düşdü: iki nəfər bıçaqlandı

01:45 11-08-2019 532

Cəlilabadda toyda kütləvi dava zamanı iki nəfər bıçaqlanıb.

HerGun.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə ötən axşam Cəlilabad rayonunun Göytəpə şəhərindəki “Yamal” şadlıq sarayında baş verib.  

Toy mərasimində qonaqlar arasında düşən mübahisə davaya çevrilib. 

Şahidlərin sözlərinə görə, kütləvi dava zamanı 1996-cı il təvəllüdlü Əsgərov Anar və 1994-cü il təvəllüdlü Əşrəfov Emin bıçaq xəsarətləri alıblar. Yaralılar xəstəxanaya çatdırılıb.  

İlkin məlumata görə, davanın səbəbi toyda oynamaq üstündə düşən mübahisə olub.

Faktla bağlı araşdırma aparılır.