Ancelina məşhur dərginin redaktoru oldu - FOTO

16:27 21-06-2019 1407

Dünya şöhrətli aktrisa Acelina Coli nüfuzlu “Time” jurnalının redaktoru seçilib.

Coli bu vəzifəyə məşhur dərginin rəhbəri Edvard Felsental tərəfindən təyin olunub. 

Hollivud ulduzu Ancelinanın “Time” ilə əməkdaşlığı barədə danışıqlar ötən ilin aprel ayından başlayıb. 11 ildir ki, UNİCEF-in xoşməramlı səfiri olan cazibədar aktrisa dərgidə insan və qadın  hüquqları ilə bağlı müxtəlif məqalələr yazacaq.

Qeyd edək ki, Ancelina 18 ildir ki, Birləşmiş Millətlər Təşkilatında (BMT) çalışır. Coli sözügedən arenadan çıxış edərək, qaçqınların problemlərinin həlli yollarını önə çəkib. 

Rəşad Əliyev