Bella və Gigi Hadid bacılarını qarət etdilər - FOTO

02:09 11-08-2019 823

Ötən həftə boyunca Mikonosda dincələn Hollivudun məşhur bacıları - aktrisa və model Bella və Gigi Hadid ailəvi tətil fotolarını sosial şəbəkələrdə paylaşdılar. Beləliklə, bacıların harada yaşadığını tapmaq qarətçilər üçün çətin olmadı. 

Başlarına gələn qarət hadisəsi barədə bacılar özləri "Instagram" hesablarında xəbər paylaşıblar:  
Gigi yazıb: "Instagramda sizi aldatmalarına imkan verməyin. Bizi qarət etdilər. Bir daha bura qayıtmayacağam. Heç kimə bura gəlməyi məsləhət görmürəm. Pulunuzu başqa bir yerə xərcləyin". 

Mikonosda Gigi bacıları Bella, Alana və Mariel ilə birgə fərdi evlərdən birində dincəlib.

Baş verən xoşagəlməz hadisənin pərdəarxası məqamları haqqında "TMZ"-yə ataları Məhəmməd Hadid məlumat verib. Onun sözlərinə görə, qızlar çimərlikdə dincələrkən oğrular onların kirayə qaldıqları evə giriblər.

Xoşbəxtlikdən, heç kim zərər görməyib. 

M.Hadid qarətçilərin yalnız Bella və Giginin şəxsi əşyalarını oğurladıqlarını vurğulayıb.

Rəşad Əliyev