Türkiyə növbəti dəfə Çindən 5 milyon doza vaksin gətirdi

06:00 20-06-2021 298

COVID-19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində Çindən Türkiyəyə daha 5 milyon doza “CoronaVac” vaksini gətirilib.

“Haber Global” xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, vaksin Türkiyə Əczaçılıq və Tibbi Cihazlar Agentliyinin analizlərindən keçdikdən sonra tətbiq olunacaq.

Xatırladaq ki, son rəqəmlərə əsasən, Türkiyədə 5 milyondan çox insan koronavirusa yoluxub. 49 071 nəfər pandemiyanın qurbanı olub.