Futbol klubunun stadionunda dam çökdü - FOTO

04:00 11-08-2019 555

Hollandiyanın “Az Alkmaar” futbol klubunun stadionunda dam çöküb. 

Jurnalist Brayan Viyker stadionun şəkillərini özünün “Twitter” səhifəsində paylaşıb.

Hadisənin avqustun 10-da baş verdiyi bildirilir. Dam mərkəzi tribunaların üstünə çöküb. İnsident zamanı xəsarət alan olmayıb. 

Qeyd edək ki, “Az Alkmaar” avqustun 15-də Ukraynanın “Mariupol” komandası ilə Avropa Liqasının üçüncü kvalifikasiya raundu çərçivəsində cavab görüşü keçirməli idi. İndi bu oyunun harada keçiriləcəyi məlum deyil.

Bu komandaların birinci görüşü 0:0 hesabı ilə başa çatmışdı.

AZ ev oyunlarını AFAS stadionunda keçirir. Arena 2006-cı ilə tikilib və 17 min tamaşaçı yerləşə bilər.