Qazaxıstanlı idmançını döyüb reanimasiyalıq etdilər – VİDEO

07:40 20-06-2021 409

Qazaxıstanın Talqar şəhərində qarışıq döyüş növləri (MMA) üzrə tanınmış idmançı Arman Alimov döyülüb.

Bu barədə BaigeNews.kz portalı məlumat yayıb.

Ağır vəziyyətdə olan idmançı reanimasiyaya yerləşdirilib. İnsidentin videosu ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Hadisənin hansı səbəbdən baş verdiyi barədə hələlik məlumat verilmir.