Ermənistanda “seçki bazarı”: “Səs ver 30 min qazan, pisdir?” - FOTO

14:00 20-06-2021 308

Ermənistanın Armavir vilayətində seçicilərin pulla ələ alınması faktı üzə çıxıb.

Bu barədə sosial şəbəkənin Ermənistan seqmentində informasiya yayılıb.

Belə ki, Armavir vilayətinin Parakar bölgəsində 14/56 saylı seçki məntəqəsində naməlum şəxs məntəqənin girişində dayanıb və seçicilərə pul təklif edib.

“Səs verəcəksən və 30000 qazanacaqsan, pisdir?”, - deyə o bildirib.