Bakıda kütləvi dava olub: iki nəfər bıçaqlanıb

04:54 11-08-2019 775

Bakıda, metronun “28 May” stansiyası yaxınlığında iki nəfər  bıçaqlanıb.

APA xəbər verir ki, 1991-ci il təvəllüdlü Məmmədov Anar Lətif oğlu və 1987-ci il təvəllüdlü Xıdırov Elçin Etibar oğlu bıçaq xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onlar təcili cərrahi əməliyyata alınıb.

Hadisənin mübahisənin ardınca meydana gələn kütləvi dava zamanı baş verdiyi deyilir.

İnsidentlə əlaqədar polis araşdırmalara başlayıb.