“Haber Global”: “İdmanın ünvanı Azərbaycan! Bakı bizim uşaqlar üçün hazırdır!” - VİDEO

16:20 20-06-2021 432

Türkiyə millisi Bakıda keçiriləcək Avro-2020-nin qrup mərhələsi çərçivəsində son qarşılaşmada İsveçrəni məğlub edib ən yaxşı üçüncü yer sahiblərindən biri kimi növbəti mərhələyə yüksəlmək ehtimalını gözləyəcək.

Bu barədə Türkiyənin “Haber Global” telekanalının paytaxtımızdan hazırladığı süjetdə qeyd olunur.

Süjetdə həmçinin Azərbaycanda idmana olan böyük qayğıdan, son illər ölkəmizdə idmanın müxtəlif növləri üzrə keçirilən böyük turnirlərdən bəhs olunur.

“Bakı hazırdır, azarkeşlər hazırdır. Hazırlıqlar tamamlanıb. Artıq hər kəs bizim uşaqların da hazır hala gəlib İsveçrəni məğlub etməsini gözləyir, daha sonra isə o ümid dolu gözləyişin başlanmasını xəyal edir”, - deyə telekanalın müxbiri bildirib.