Heydər Əliyev Mərkəzinin üzərində AVRO-2020-nin iştirakçılarının şəkilləri nümayiş olunub - FOTO

22:20 20-06-2021 425

AVRO-2020-nin Bakıda keçirilən oyunlarının təbliğatı məqsədilə müxtəlif səpkili tədbirlər davam edir.

İyunun 20-də axşam saatlarında Heydər Əliyev Mərkəzinin üzərində işıq proyeksiyası vasitəsilə AVRO-2020-nin A qrupunun Bakı Olimpiya Sradionunda (BOS) təşkil olunan qarşılaşmalarının iştirakçıları ilə bağlı görüntülər nümayiş etdirilib.

Bu dəfə Türkiyə və İsveçrənin bayraqları və futbolçular nümayiş olunub.

Xatırladaq ki, AVRO-2020-nin A qrupu çərçivəsində sonuncu oyununda Bakıda Türkiyə millisi İsveçrə ilə qarşılaşıb və 1:3 hesablı məğlubiyyətlə çıxışını yekunlaşdırıb.

Foto: Firudin Səlimov