Koronavirusun yeni ölümcül taktikası açıqlanıb

02:20 22-06-2021 309

Koronavirusun yeni variantlarına yoluxma zamanı trombositlərin sayı həndəsi silsilə ilə artır, insanda bir anda damar trombozu inkişaf edir və dərhal infarkt baş verir.

“Moskovskiy komsomolets”in məlumatına görə, bu barədə rusyalı həkim infeksionist Svetlana Malinovskaya koronavirusun yeni ölümcül taktikalarından danışarkən bildirib.

Onun sözlərinə görə, xəstəlik daha aqressiv və gözlənilməz hərəkət etməyə başlayıb. Bu səbəbdən yeni xəstələrlə müalicə rejimini mütəmadi dəyişdirilmək məcburiyyətində qalıblar.

Bununla belə, infeksionist peyvəndlərin mutasiya olunmuş koronavirus infeksiyası ştamlarına, o cümlədən “Hindistan ştammı”na qarşı təsirli olduğunu vurğulayıb.