Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib

14:09 11-08-2019 787

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Sosial şəbəkədəki paylaşımda deyilir:

“Əziz həmvətənlər,

Qurban Bayramı münasibətilə sizləri ürəkdən təbrik edirəm.

İnsansevərlik, xeyirxahlıq, paylaşmaq, mərhəmət hisslərinin rəmzi olan bu müqəddəs gündə xalqımıza cansağlığı, xoş güzəran, əmin-amanlıq, tükənməyən sevgi arzu edirəm.

Allah dualarınızı qəbul etsin!”