“Delta” ştammının yayıldığı ölkələrin xəritəsinə daha biri əlavə olundu

03:00 26-06-2021 339

Koronavirusun ilk olaraq Hindistanda aşkarlanan yeni növü “Delta” Koreya Respublikasında da yayılmağa başlayıb.

Bu barədə KBS telekanalı ölkənin səhiyyə orqanlarına istinadən xəbər yayıb.

Bildirilir ki, keçən həftə Cənubi Koreyada koronavirusun bu variantına 190 yoluxma halı aşkarlanıb ki, Ümumdünya Səhiyyə Təşkilatı onu SARS-CoV-2 koronavirusundan iki dəfə çox yoluxucu hesab edir.

Bu baxımdan Cənubi Koreya səlahiyyətliləri ölkəyə iyul ayında 10 milyon, avqust və sentyabr aylarında isə 70 milyon doza peyvəndin daxil olmasının gözlənildiyini nəzərə alaraq əhalinin peyvəndləmə prosesini sürətləndirmək imkanlarını nəzərdən keçirirlər.