Bazara gələn müştəri satıcını qana boyadı - VİDEO

05:20 26-06-2021 329

Türkiyənin Təkirdağ şəhərində bazara gələn müştəri orada satıcı işləyən şəxsə bıçaq xəsarətləri yetirib.

“İhlas Haber Ajansı” (İHA) məlumat verir ki, hadisə ərazidə olan təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb.

Yaralını xəstəxanaya aparan dostları daha sonra onun qisasını almaq məqsədi ilə müştərinin yaşadığı evə yollanıblar.

Yalnız polislərin müdaxiləsindən sonra tərəfləri sakitləşdirmək mümkün olub.