Corc Floydun qatilinin cəzası bəlli oldu

09:00 26-06-2021 327

ABŞ-da afroamerikalı Corc Floydu qətlə yetirməkdə ittiham olunan keçmiş polis əməkdaşı Derek Şovinin işi üzrə məhkəmə prosesində hökm oxunub.

Bu barədə TASS məlumat yayıb.

Məlumata əsasən, eks-zabit Floydun qətlində günahkar bilinərək 22.5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, məhkəmə prosesi canlı olaraq yayımlanıb.

Xatırladaq ki, Corc Floyd ötən ilin mayın 25-də polis tərəfindən saxlanılan zaman qətlə yetirilib.