4 yaşlı Mirismayıla kömək edək - FOTO/VİDEO

10:20 28-06-2021 397

Balaca Mirismayılın sizin dəstəyinizə ehtiyacı var. 

Bu barədə HerGun.Az uşağın atası Mirvari Ağalarov məlumat verib. 

Uşağın atası deyir ki, oğlu Bakıda düzgün əməliyyat olunmadığı üçün sol gözündə ciddi problem yaranıb:

“Mirismayıl 2017-ci ildə anadan olub. Gözündə şiş yaranmışdı. Bakıda həkimlərə apardıq, dedilər əməliyyat olunmalıdır. Əməliyyatla kiçik şişi götürdülər. Şiş yoxlanıldı və xərçəngin ən ağır növü olduğu deyildi. Oğlumun 4 yaşı var, kimyəvi terapiya olunsun dedilər. Bir dəfə yanlış diaqnoz qoyuldu deyə, qorxdum, inanmadım. İndi uşağın vəziyyəti ağırlaşıb. Sonuncu dəfə xaricdən gələn həkimlər yoxladı və məlum oldu ki, bu anadangəlmə qüsurdur. Heç onkoloji xəstəlik deyilmiş. Gözündə əlavə bir damar var, o yandırılmalıdır. Bu əməliyyat üçün ölkəmizdə cihaz olmadığı üçün həkimlər Türkiyəni məsləhət gördü. 

Türkiyədə əməliyyatın məbləği 8 min dollardır. Oğlum qısa zamanda əməliyyat olunmasa, gözünün birini 80 faiz itirmək təhlükəsi ilə qarşılaşacaq. İstəmirəm uşağım gözünü itirsin. Maddi imkanım bu əməliyyatı qarşılamağa çatmır. Xahiş edirəm imkanlı, xeyriyyəçi şəxslərdən oğluma sağlamlığına qovuşması üçün kömək etsinlər. Hazırda məbləğin 4 min 500 manatı toplanıb. Cəmi 8 min dollar toplanmalıdır ki, Mirismayıl əməliyyat oluna bilsin”.