Yer kürəsinə “təhlükəli” asteroid yaxınlaşır

07:18 12-08-2019 592

Xeops ehramından böyük olan “potensial təhlükəli” asteroid avqustun axırında Yer kürəsinə yaxınlaşacaq.

RİA Novosti” xəbər verir ki, bunu NASA-nın tədqiqatları göstərir.

“2019 OU1” kodlu asteroidin diametri 160 metrdir. Avqustun 28-də o, Venera ilə bizim planetin arasından, təxminən milyon kilometr məsafədə keçəcək.

Qeyd edək ki, Avropa kosmik agentliyinin dərc etdiyi “potensial təhlükəli” kosmik cismlər siyahısında hipotetik toqquşma sentyabrın 9-da Yerə yaxın keçəcək “2006QV89” asteroidi ilə ola bilər.