Ana və iki övladı dəm qazından zəhərlənib

10:20 30-06-2021 313

Mingəçevir şəhərində ana və iki övladı dəm qazından zəhərlənib.

Bu barədə HerGun.Az-a hüquq mühafizə orqanlarından məlumat verilib. 

1987-ci il təvəllüdlü ana Vəsilə Yusifova və iki azyaşlı övladı yaşadığı mənzildə dəm qazından zəhərləniblər.

Onlar xəstəxanaya çatdırılıb və vəziyyətləri normaldır.

Faktla bağlı araşdırma aparılır.

İlhamə Əbülfət