Goranboyda 30 yaşlı qadın bıçaqlandı

22:20 30-06-2021 312

Goranboyda bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki hadisə rayonun Ağcakənd ərazisində qeydə alınıb. Bərdə rayon sakini, 1991-cü il təvəllüdlü Elnarə Firudin qızı Qarayeva çoxsaylı bıçaq xəsarətləri alıb. O, ağır halda Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılıb və dərhal əməliyyat edilib.

Yaralının vəziyyəti ağırdır.

İlkin məlumata görə, qadın tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.