2 iyul Polis Günü münasibətilə tədbir keçirilib

00:09 02-07-2021 655

  Uğur Gənclər  Təşkilatı Günel Əliqızının   təşkilatçılığı ilə 2 iyul Polis Günü münasibəti ilə bir  qrup  gənclərlə və Tərtər rayon  Polis Şöbəsinin  əməkdaşları ilə birgə  polis şəhidi,  Ağdərə döyüşlərində   qəhrəmancasına  şəhid olmuş Polad  Ərəbovun  bulaq  abidə  komplüksini  ziyarət etmiş, şəhidin ailə üzvləri ilə görüşmüşdür. Şəhidin ailəsi  göstərilən  diqqət və qayğıya görə  Daxili İşlər Nazirliyinə, Tərtər Polis İdarəsinin  rəisi  polkovnik  leytenant  Elçin Qasımova minnətdarlığını bildirmişdir. Günel Əliqızı və  Elçin Qasımov ailənin  problemləri ilə  maraqlanmışdır.  Daha sonra  Tərtər Polis İdarəsində gənclər və polislərin görüşü  baş tutmuşdur. Gənclər polislərə  xatirə  hədiyyələri təqdim etmişdir. Daha sonra  polis rəisi  Elçin Qasımov  gəncləri  çay süfrəsinə dəvət etmişdir.  Gəncləri maraqlandıran  suallara cavab  verən polis rəisi ictimai sabitlikdən, cənab  nazirin polis  orqanlarının  qarşısına qoyduğu  məqsədlərdən danışmış,gənclərə  zərərli  vərdişlərdən  uzaq  durmağı tövsiyə  etmişdir. Tədbirin təşkilatçısı Günel Əliqızı Daxili İşlər  Nazirliyinin  rəhbərliyinə  yaratdığı  şəraitə,  hər zaman  dəstəklərinə  görə  təşəkkürünü  bildirmişdir.  Səmimi qəbul və  görüş üçün  Tərtər Polis  İdarəsinin  rəisinə minnətdarlığını  vurğulamış.

    Şərəfli və  müqəddəs  peşə sahibi olan  bütün  polislər, Bayramınız mübarək!