“TikTok” videoların müddətini üç dəfə artırır

09:00 02-07-2021 287

Qısa videoçarxlar şəbəkəsi kimi tanınan “TikTok”da ciddi dəyişiklik gözlənilir.

Vesti.ru xəbər verir ki, Çinin “ByteDance” şirkətinə məxsus şəbəkədə yerləşdirilən videoların müddətinin üç dəfə artırılması planlaşdırılır.

Yenilik saysində artıq bir videoçarxın bir neçə hissəyə bölünərək şəbəkəyə yüklənməsinə ehtiyac qalmayacaq.

Qeyd edək ki, hazırda “TikTok” videolarının maksimal xronometrajı bir dəqiqədir.