“Qarabağ” Almaniya Bundesliqa komandasına qarşı - FOTO

13:00 03-07-2021 357

Avstriyada hazırlıq keçəcək “Qarabağ”ın təlim-məşq toplanışında üçüncü rəqibi məlum olub.

HerGun.Az xəbər verir ki, “Qarabağ” iyulun 15-i Almaniya Bundesliqa təmsilçisi “Auqsburq”la qarşılaşacaq.

Ötən mövsümü 13-cü sırada başa vurmuş Auqsburq təmsilçisi ilə oyunun başlama saatı barədə daha sonra məlumat veriləcək.

Qeyd edək ki, Ağdam komandası iyulun 7-də Bolqarıstanın ÇSKA (Sofiya), 11-də isə Rusiya təmsilçisi “Arsenal”la (Tula) yoxlama oyunu keçirəcək.