İranda koronavirusun beşinci dalğası ilə bağlı xəbərdarlıq edildi

03:40 04-07-2021 350

Koronavirus epidemiyasında ən çox əziyyət çəkən ölkələrdən biri olan İranda yoluxma sayı və insan itkisi yenidən artmaqdadır.

“Anadolu” agentliyi xəbər verir ki, ölkədə 7 iyunda 4 907-ə düşən gündəlik xəstəlik sayı 1 iyulda 14 330 olaraq qeyd edilib və 100-ə enən gündəlik ölüm sayı yenidən 150-yə çatıb.

İranın ən kasıb bölgələrindən biri sayılan Sistan - Bəlucistan əyalətinin cənub-şərqində epidemiya yenidən təhlükəli səviyyəyə qalxdığı üçün ərazisində karantin tətbiq olunub.

Ölkə rəsmiləri və Səhiyyə Nazirliyi virusun 5-ci dalğasi barədə xəbərdarlıq ediblər.

Hətta bəzi səlahiyyətli şəxslər ölkədə 5-ci dalğanı yaşandığını deyirlər.

Ötən sutka ərzində İranda koronavirusa 13 836 yoluxmanın qeydə alınması ilə xəstəlik sayı 3 232 696 olub.

Virusdan 127 nəfərin həyatını itirməsi ilə ölüm sayı 84 516-ya çatıb.