Van Hoydonkun oğlu İtaliya A seriyasında oynayacaq

05:00 04-07-2021 359

Niderland millisinin sabiq hüçumçusu Pyer Van Hoydonkun oğlu Sidni Van Hoydonk İtaliya A seriyasında çıxış edəcək.

“Haber Global” məlumat verir ki, 21 yaşlı hücumçu “Bolonya”nın formasını geyinəcək.

Mənbə qeyd edir ki, futbolçu ilə Türkiyənin “Trabzonspor” klubu da yaxından maraqlanırdı.

Xatırladaq ki, Pyer Van Hoydonk xüsusən Niderlandın “Feyenord”, Türkiyənin “Fənərbaxça” klublarındakı çıxışı ilə futbolsevərlərin yaddaşlarında qalıb.