AVRO-2020-də ağlayan qız üçün 34 min avro yığıldı - FOTO

08:40 05-07-2021 447

AVRO-2020-nin 1/8 finalı çərçivəsində İngiltərə-Almaniya matçı zamanı komandasının məğlubiyyətinə görə ağlayan almaniyalı azarkeşə dəstək kampaniyası keçirilib.

Bu barədə Coel Haqs adlı “Twitter” istifadəçisi məlumat verib.

Onun sözlərinə görə, kampaniya britaniyalıların heç də hamısının pis insan olmadığını göstərmək məqsədi daşıyıb.

Belə ki, Almaniya millisinin məğlubiyyətinə görə ağlayan qızın görüntüləri sosial şəbəkələrdə yayıldıqdan sonra, britaniyalı istifadəçilər onun ünvanına sərt tənqidlər yağdırıb, ölkəsinin nasist keçmişini xatırladıblar.

Qeyd edək ki, iyunun 29-da keçirilən matç İngiltərənin 2:0 hesablı qələbəsilə başa çatıb.