Gədəbəydə güclü yağışlar selə səbəb olub: Bir nəfər ölüb

22:40 07-07-2021 304

Gədəbəydə güclü yağış nəticəsində gələn sel ölümə səbəb olub.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Moruqlu kəndində qeydə alınıb.

Hələ ki şəxsiyyəti məlum olmayan bir nəfər sel sularına düşərək boğulub.

Hazırda Gədəbəy və ətraf rayonlarda yağmurlu hava şəraiti davam edir.