Sabah Beynəlxalq Kosmik Stansiya UNO ilə toqquşa bilər - FOTO

06:40 08-07-2021 431

Beynəlxalq Kosmik Stansiyaya uçan naməlum obyekt yaxınlaşır.

Bu barədə “Roskosmos”un rəhbəri Dmitri Roqozin özünün “Telegram” kanalında məlumat verib.

“Rusiya müşahidə aparatlarına görə, “UNKNOWN” obyekt 8 iyul cümə axşamı günü 16 saat 16 dəqiqə 5 saniyədə (Bakı vaxtı ilə təxminən saat 17.16-da) BKS-ə yaxınlaşacaq”, - deyə o bildirib.

Roqozinin sözlərinə görə, minimum məsafə 4584 metr, toqquşma ehtimalı 3.12E-11-dir.

“Roskosmos”un rəhbəri ABŞ tərəfinin də məlumatlarını çatdırıb:

“ABŞ tərəfinə görə, obyektin yaxınlaşacağı minimum məsafə 4.8 km-dir. Toqquşma ehtimalı 1.28E-05”, - deyə o bildirib.

Bundan sonra Roqozin deyilənlərin izahını verib.

“Rus dilinə tərcümədə: Hyuston sabah BKS-in 4.8 km-lik bir orta ehtimal ilə naməlum obyektə (“kosmik zibil”) yaxınlaşma təhlükəsini görüb. 10^ -5 narahat olmağın astanasıdır. Bizimkilər ancaq məsafə qiymətləndirməsi ilə razıdırlar. Təhdidi təsdiqləmirik, müşahidəyə davam edirik”, - deyə Roqozin “Telegram” kanalında yazıb.