HİKMƏTLİ SÖZLƏR

               Tahir Hüseyn

14:51 08-07-2021 429

Bağışlayan və Rəhm edən Allahın adı ilə

 

*Ən üstün insan ədalətli insandır.

*Qəlbin dilədiyi qalar,

  Qəlibin elədiyi qalar.

*Anlayanlar üçün bu dünya müvəqqəti,

  Anlamayanlar üçün əbədi məskəndir.

*Keçmişəm, indiyəm, gələcəyəm,

  Kiməm, məşhər günü bilinəcəyəm.

*İnsan düşünərək doğru yola gedirsə xilas olar,

  İnsan düşünərək batil yola gedirsə iflas olar.

*Öz evinə oğul ola bilməyən,

  öz elinə oğul ola bilməz.

*Dünyada haramlara həris olanlar,

  Axirətdə  nemətlərə varis ola bilməzlər.

*Kamil insan imanıyla ucalar,

  Cahil insan gümanıyla alçalar.

*Söz kamil insanın dilində bəhər olar,

  Söz cahil insanın  dilində zəhər olar.

*Kamil insan fəzilətlərlə tanınar,

  Cahil insan rəzalətlərlə  tanınar.

*Kamil insan mərifətlə yaşayar,

 Cahil insan  rəzalətlə yaşayar.

*Kamil insan hal əhli olar,

  Cahil insan kal əhli olar.

*Qəlbi sındıranlar-Qəlbi və sahibin  tanımayanlardır.

*Haqqa sarı gedən bir yol var,

  Gedən çatar, duran batar.

*Saleh qul, saleh əməl edər,

  Saleh qul doğru yolla gedər.

*Qəlb gözü ilə görənlər anlayanlardır,

  Anlayanlar öz nəfsini danlayanlardır.

*“Təsir əks təsirə bərabər”,

  Kim nə etsə əvəzini görər.

*Doğru danışanın qorxusu olmaz,

  Yalan danışanın yuxusu olmaz.

*Sevgi ilahi nemətdir,

  Sevgi bizə  əmanətdir.

*Sevgi varsa kifayətdir,

  Sevgi yoxsa nifrətdir.