Tanınmış logistika şirkətində yay təcrübə proqramına qəbul başladı

16:00 08-07-2021 381

“166 Yükdaşıma və Logistika” şirkəti növbəti yay təcrübə proqramına start verir!

Dördüncü kurs tələblələri, bakalavr təhsilini 2021-ci ildə bitirənlər və ya magistr dərəcəsi üzrə təhsil alan namizədlər “166 Logistika Akademiyası - 2021” yay təcrübə proqramına müraciət edə bilərlər. Qəbul olan gənclər real iş mühitində həm logistika sahəsində, həm də digər sahələrdə təcrübə qazanmaq şansını əldə edəcəklər. 
 
166 Logistika Akademiyası – 2021 yay təcrübə proqramı şirkətin aşağıda göstərilmiş sahələri üzrə keçiriləcək:

• İnsan resursları
• Nəqliyyatın idarə olunması
• Marketinq və biznesin inkişafı
• Qrafik dizayn
• E-kommersiya
• Data analitikası
• Hüquq
• Maliyyə və mühasibatlıq
• Korporativ əməliyyatlar
• Çağrı mərkəzi
• Korporativ satış
• İnformasiya texnoloqiyaları
• Təchizat
• Müştəri məmnuniyyəti

Qəbul prosesi üç mərhələdən – elektron müraciətin doldurulması, test imtahanı və müsahibə mərhələsindən ibarətdir. Müraciət üçün namizədlər hr.166.az işə qəbul portalına daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Sənədlərin son qəbul tarixi: 31.07.2021

Qeyd: Təcrübə proqramı çərçivəsində iştirakçılara tam iş günü və şirkət tərəfindən əmək haqqı ödənilməsi nəzərdə tutulur.

2019-cu ildən etibarən keçirilən “166 Logistika Akademiyası” yay təcrübə proqramına ümumilikdə 3500-dən artıq müraciət qeydə alınıb. Bu müraciətlərdən bütün mərhələləri uğurla keçən 96 nəfər yay təcrübə proqramına qəbul olunub və 43 nəfər uğurla tamamlayaraq şirkətdə işlə təmin edilib.