“Diqqətli olmalıyıq” - Q.Qurbanovdan açıqlama

19:36 12-08-2019 506

Vacib oyuna çıxacağıq. Diqqətli olmalıyıq.

HerGun.Az xəbər verir ki, bu sözləri “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov deyib.

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində APOEL-lə cavab qarşılaşmasını şərh edən Q.Qurbanov bildirib: “Rəqibdə baş məşqçi dəyişikliyi olub. Ümumiyyətlə, APOEL daim fərqli sistemdə oynayır. Sabah futbolçularımıza meydanda daha çox düşünmək lazım olacaq. Komandanı bacardığımız qədər məlumatlandırmışıq. Hər bir halda, istəyirik ki, azarkeşlərimizi sevindirək. Yaxşı oyun göstərib, mübarizə aparmaq və yaxşı nəticə qazanmaq istəyirik".

Qeyd edək ki, avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 20:30-da başlanacaq. Kiprdəki ilk görüşdə "Qarabağ" 1:2 hesabı ilə qalib gəlib.