Tovuzda avtomobil aşıb, sürücü ağır xəsarət alıb

01:00 09-07-2021 318

Tovuz rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un məlumatına görə, hadisə rayonun Aşağı Öysüzlü kəndində qeydə alınıb.

Belə ki, “Opel” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb.

Qəza nəticəsində avtomobilin sürücüsü ağır xəsarətlər alıb və xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.