“Taliban”ın nümayəndə heyəti Moskvaya gəlib

01:40 09-07-2021 265

Bir çox ölkələrdə, o cümlədən də Rusiyada qadağan olunmuş terror təşkilatı hesab edilən “Taliban” radikal hərəkatının siyasi ofisinin nümayəndələri danışıqlar aparmaq üçün Moskvaya gəlib.

Bu barədə “RİA Novosti”yə nümayəndə heyətinə daxil olan Süheyl Şahin məlumat verib.

O, bildirib ki, səfər iki gün davam edəcək.

Qeyd edək ki, “Taliban”ın siyasi ofisinin rəhbərliyi Qətərdə yaşayır.