Səfir Tonq Op Kim: “Qarabağla bağlı narahat idim” - FOTO

23:20 09-07-2021 351

Bu gün çox xüsusi və əlamətdar gündür. Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri Qarabağda, Şuşadadırlar. Mən də burada olmağımdan çox məmnunam.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Cənubi Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tonq Op Kim söyləyib.

Diplomat deyib: “Təsəvvür edə bilməzsiniz ki, mən Qarabağla bağlı necə narahat idim. Bu gün nəhayət ki, buradayam. Şuşa səfəri məndə zəngin təəssürat yaratdı”.