Makqreqor Puarye ilə görüşdən fantastik məbləğ qazana bilər

09:00 11-07-2021 374

Konor Makqreqor və Dastin Puaryenin aralarındakı görüşdən nə qədər qazanacaqları bəlli olub.

Bu barədə Gazeta.ru yazıb.

Qeyd olunur ki, irlandiyalı döyüşçü ən azı üç, Puarye isə bir milyon dollar qazanacaq. Ümumilikdə isə digər ödənişlərlə birlikdə Makqreqor 10 milyon qazana bilər. Puarye isə ən yaxşı halda əlavə olaraq üç milyon dolların sahibi ola bilər.

Xatırladaq ki, UFC döyüşçüləri Konor Makqreqor və Dastin Puarye bu günə qədər 2 dəfə qarşılaşıb. Tərəflər hərəyə bir dəfə qalib olublar.