Türkiyədə miqrantları daşıyan mikroavtobus qəzasında 11 nəfər ölüb - FOTO

12:40 11-07-2021 336

Türkiyədə Van - Erçis magistral yolu üzərində yerləşən Karahan bölgəsində qanunsuz miqrantları daşıyan mikroavtobus qəzaya uğrayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, dünən gecə saatlarında baş verən qəzada hadisə yerində 11 nəfər ölüb, 20 nəfər yaralanıb.

Yaralılardan biri bu gün xəstəxanada keçinib.

Qeyd edək ki, Əfqanıstan və Pakistandan qanunsuz yolla qaçan miqrantları daşıyan mikroavtobus Vandan İran sərhədinə keçərkən devrilib və yanaraq partlayıb.