İspaniyada ildırım 40 evi yandırdı

04:54 13-08-2019 508

İspaniyada güclü yanğın hadisəsi baş verib.

RİA Novosti” xəbər verir ki, hadisə Kataloniyada, Jirona vilayətinin Ventalo bələdiyyəsində qeydə alınıb.

Qeyd edilir ki, yanğına ildırım vurması səbəb olub. Alov 1,5 min kvadrat metr ərazini əhatə edib. Hadisə nəticəsində 40 ev yanıb.

Alovun söndürülməsinə 6 yanğınsöndürən maşın cəlb edilib. Xəsarət alanların olub-olmaması barədə məlumat verilmir.